Modern.az

“Google”dan Azərbaycana JEST

“Google”dan Azərbaycana JEST

Aktual

18 Oktyabr 2022, 08:04

Dünyanın aparıcı axtarış saytı olan "Google" çərşənbə axşamı oktyabrın 18-də qeyd olunan Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə xüsusi "dudl" həsr edib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan bayrağını əks etdirən "dudl"a klik edərək istifadəçilər Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixi haqqında məlumatlar olan səhifələrə keçidləri görə bilərlər.

 

Qeyd edək ki, "Google"ın "dudl"ları müxtəlif hadisələr, bayramlar və yubileylər şərəfinə axtarış sisteminin əsas səhifəsində görünən şəkillər, animasiyalar və oyunlardır. "Dudl"lar qlobal (bütün dünyada, bütün "Google" domenlərində mövcud olanlar) və müəyyən yerli ( yalnız bir və ya bir neçə ölkədə görülə bilən) kateqoriyalarına bölünür.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?