ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Qevara 18 oktyabr - Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Modern.az xəbər verir ki, təbrik mesajı sosial media hesablarında paylaşılıb.
“Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 31 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik. ABŞ Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firəvan gələcəyin təmin olunmasına sadiqdir", - təbrik mesajında bildirilib.