Modern.az

Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim etdi

Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim etdi

Aktual

18 Oktyabr 2022, 11:02

Göyçay Rayon İcra Hakimiyyətinin yeni başçısı Natiq Ağayev kollektivə təqdim olunub.

 

Modern.az-ın xəbərinə görə, təqdimat mərasimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilib.

 

Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

 

N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.

 

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı