Modern.az

Quba sakininin sənədsiz ov tüfəngi əlindən alındı

Quba sakininin sənədsiz ov tüfəngi əlindən alındı

Aktual

19 Oktyabr 2022, 16:40

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq  götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

 

Bununla bağlı Modern.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırmalar zamanı rayonun İspik kənd sakini Mütəllim Qasımovda  bir ədəd müvafiq sənədləri olmayan  ov tüfənginin olması müəyyən edilib və götürülüb.

 

Faktla bağlı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı