Modern.az

AXCP-yə piket keçirməyə icazə verilmədi 

AXCP-yə piket keçirməyə icazə verilmədi 

Aktual

19 Oktyabr 2022, 20:27

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) oktyabrın 24-də BŞİH inzibati binasının qarşısında piket keçirilməsi barədə müraciətinə cavab verib.

 

Modern.az xəbər verir ki, AXCP-yə BŞİH qarşısında aksiya keçirməsinə razılıq verilməyib.

 

Qeyd edilib ki, piket keçirmək üçün qeyd edilən ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaq.

 

Buna görə də piketin keçirilməsi məqsədəuyğun sayılmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı