Modern.az

Şirkətin ofisindən oğurluq edildi

Şirkətin ofisindən oğurluq edildi

Aktual

20 Oktyabr 2022, 10:04

Bakıda su şirkətinin ofisindən oğurluq edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə M.Müşfiq küçəsində yerləşən su şirkətinin ofisindən 8450 manat dəyərində 5 ədəd su süzgəcinin oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elmar Babayev, Anar Kuliyev və Göyçay rayon sakini Hilal Salmanov müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı