Modern.az

Metroda daha 2 yeni qatar xəttə BURAXILIR

Metroda daha 2 yeni qatar xəttə BURAXILIR

Aktual

20 Oktyabr 2022, 10:20

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” müəssisəsindən aldığı 2 yeni qatar Bakıdadır.

 

Bunu Modern.az-a qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

Onun sözlərinə görə, 2 yeni qatar (10 vaqon) artıq Nərimanov elektrik deposundadır:

 

"Müqavilə şərtlərinə uyğun olaraq, digər 2 qatarın da ilin sonuna qədər Azərbaycana gətirilməsi planlaşdırılır".

 

Yeni qatarların Həzi Aslanov-Dərnəgül xəttinə buraxılması gözlənilir.

 

Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı