Modern.az

Gəncədə tələbələrə təlim keçirildi

Gəncədə tələbələrə təlim keçirildi

Aktual

20 Oktyabr 2022, 11:00

“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində psixologiya ixtisası üzrə təhsil alan tələbələrə elmi tədqiqatların aparılması və yazılmasının öyrədilməsi ilə bağlı təlim keçirilib. 

 

Modern.az xəbər verir ki, təlimi giriş sözü ilə Gəncə Dövlət Universitetinin Hümanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  açaraq  tələbələrə uğurlar arzulayaraq qeyd edib ki, təlimin məqsədi tələbələrin mütəxəssislər tərəfindən gələcəkdə elmi tədqiqat işlərinin aparılması qaydaları ilə yaxından tanış etmək, o cümlədən elmi işləri yazmağı öyrətməkdir.

 

Layihənin rəhbəri, psixoloq Kamil Həmidov və təlimçi  Ceyhunə Dəmirova təlim zamanı universitetin elmi tədqiqatlarının keçirilməsinin üsulları, standartları, yazılma qaydaları barədə ətraflı məlumat verib, tələbələri maraqlanıdıran suallara aydınlıq gətiriblər.

 

Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı