Modern.az

Ermənistan İran-dan PUA alır

Ermənistan İran-dan PUA alır

Aktual

20 Oktyabr 2022, 11:30

İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 22 ölkə rəsmi müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İranın Ali Rəhbərinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi bildirib.

 

"İranın pilotsuz təyyarələrinin alınmasına namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digərləridir", - general deyib.

 

Qeyd edək ki, son günlər İranın kamikadze dronlarını Ukraynaya qarşı döyüşlərdə istifadə etmək üçün Rusiyaya verməsinə dair müxtəlif məlumatlar yayılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı