Modern.az

Yevlax sakini narkotiklə tutuldu

Yevlax sakini narkotiklə tutuldu

Aktual

20 Oktyabr 2022, 11:34

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Rövşən Əliyev saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, aparılan şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan 2 kiloqram 205 qram marixuana aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı