Modern.az

Metroda 7 vaqonluq qatarlar xəttə buraxılacaq

Metroda 7 vaqonluq qatarlar xəttə buraxılacaq

Aktual

20 Oktyabr 2022, 13:52

Bakı metropoliteni xəttə yeni 7 vaqonluq qatarlar buraxacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, yeni 7 vaqonluq qatarlar metronun Bənövşəyi xətti üzrə hərəkət edəcək.

 

"Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə Bənövşəyi xətt üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq", - B.Məmmədov bildirib.

 

Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı