Modern.az

Mahir Emreli koronavirusa YOLUXDU

Mahir Emreli koronavirusa YOLUXDU

Aktual

20 Oktyabr 2022, 14:04

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin səhhətində problem yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç mətbuat konfransında bildirib.

 

69 yaşlı mütəxəssis Emreli ilə yanaşı daha 4 oyunçuda virus aşkarlandığını söyləyib.

 

Çaçiç həmin şəxslərin XIV turda "Hayduk"la səfər görüşündə iştirak etməyəcəyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Hayduk" - "Dinamo" qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı