Modern.az

"ASAN xidmət"də ödənişlər QR kodla olacaq

Aktual

20 Oktyabr 2022, 14:40

"ASAN xidmət"in "EPUL" platforması ilə birgə əməkdaşlığı çərçivəsində bank ödənişlərinin həyata keçirilməsi zamanı  növbənin keçid qabiliyyətini artırmağa imkan verən innovativ həll təmin edilib. 

 

Modern.az xəbər verir ki, vətəndaşlar Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərində sürücülük vəsiqələrinin dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, miqrasiya xidmətləri, həmçinin kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidmətləri üzrə ödənişlərini xüsusi QR kodlar vasitəsilə həyata keçirə bilərlər. 

 

"ASAN xidmət" mərkəzlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı