Almaniya Prezidenti Fran Valter-Ştaynmayer və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter" hesabında bildirib.
Almaniyalı həmkarı ilə telefon danışığının substantiv və məhsuldar olduğunu deyən Ukrayna dövlət başçısı ölkəsinə tədarük ounacaq IRIS hava hücumundan müdafiə sistemlərinə görə Almaniyaya təşəkkür edib.
"Biz tez bir zamanda Ukrayna üzərində hava qalxanı yerləşdirməliyik! Almaniya Rusiyanın raket terrorunun nəticələrini aradan qaldırmağa bizə kömək edəcək. Biz həmçinin Almaniya Prezidentinin Ukraynaya səfərinə hazırlaşırıq", - deyə Zelenski vurğulayıb.