Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özü açıqlamasında bildirib.
Məlumata görə, gələn həftə yeni Baş nazir seçkilərinin tarixi məlum olacaq, həmin vaxta kimi Trass vəzifəsini icra edəcək.
Qeyd edək ki, Liz Trass altı həftə əvvəl Böyük Britaniyanın Baş naziri seçilmişdi.