Modern.az

“Qarabağ”dan daha bir QƏLƏBƏ 

“Qarabağ”dan daha bir QƏLƏBƏ 

Aktual

20 Oktyabr 2022, 21:14

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

 

Modern.az xəbər verir ki, günün yeganə oyununda “Qarabağ” klubu “Turan Tovuz”u qəbul edib.

 

“Azersun Arena”da təşkil olunan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ağdam təmsilçisinin qollarını 2-ci dəqiqədə Kvabena Ovusu, 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev, 53-cü dəqiqədə Filip Ozobiç vurub.

 

Birinci pillədə qərarlaşan meydan sahibləri xallarının sayını 30-a çatdırıb. Tovuz təmsilçisi 12 xalla 6-cı sıradadır. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.

 

Qeyd edək ki, XI turun “Qəbələ” - “Kəpəz”, “Sumqayıt” - “Zirə” oyunları oktyabrın 22-də, “Səbail” - “Şamaxı” və “Neftçi” - “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı