Modern.az

“Allaha şükür, vəziyyətimiz yaxşıdır” - Binəli Yıldırım

“Allaha şükür, vəziyyətimiz yaxşıdır” - Binəli Yıldırım

Aktual

20 Oktyabr 2022, 22:19

Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qarabağda qəzaya düşməsi ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb.

 

B.Yıldırım Azərbaycana səfəri zamanı qəza keçirdiyini, profilaktika məqsədilə xəstəxanaya yerləşdiyini bildirib.

 

"Allaha şükürlər olsun vəziyyətimiz yaxşıdır".

 

Qeyd edək ki, bu gün Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüblər. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.

 

Hazırda onların səhhəti normal qiymətləndirilir.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!