Oktyabrın 20-də saat 12 radələrində Tərtər şəhəri ərazisində Səhləbad kənd sakinləri P.Sabirzadənin idarə etdiyi “KİA” və T.Cabbarovun idarə etdiyi “Toyota Pirus” markalı avtomobillər toqquşub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Daha sonra “Toyota Pirus” markalı avtomobil yolun kənarında dayanmış rayon sakini R.Səmədova məxsus “Mercedes” markalı mikroavtobusa dəyib.
Nəticədə T.Cabbarovun sərnişini Xəyal Rüstəmzadə hadisə yerində ölüb, avtomobillərdə olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.