Modern.az

Kim neçə gün baş nazir olub - Trass hamını qabaqladı

Kim neçə gün baş nazir olub - Trass hamını qabaqladı

Aktual

21 Oktyabr 2022, 10:30

Böyük Britaniya son illərin ən çətin günlərini yaşayır. 

 

Modern.az xəbər verir ki, Boris Consonun istefasından sonra Mühafizəkarlar Partiyasının rəhbərliyinə gətirilən və baş nazir seçilən Liz Trsas cəmi 45 gün vəzifədə qala bilib. Ötən gün media qarşısına çıxan Trass istefa verdiyini elan edib və bunun səbəbini vəzifəsinin öhdəsindən gələ bilməməklə əlaqələndirib. 

 

"Mən ölkəmdə böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə vəzifəyə gəlmişəm. Britaniyada aşağı iqtisadi artım var. Partiyam tərəfindən bunu dəyişdirmək mandatı ilə seçilmişəm. Vəziyyəti nəzərə alsaq, Mühafizəkarlar partiyası tərəfindən seçildiyim mandatı yerinə yetirə bilməyəcəyimi etiraf edirəm", - deyə o xalqa müraciətində vurğulayıb.

 

Beləliklə, Liz Trass indiyədək Britaniyada ən qısa müddət hakimiyyətdə olan Baş nazir kimi tarixə düşüb.

 

İndi Britaniya yenidən Baş nazir axtarışındadır. Siyasi kluarlarda keçmiş Baş nazir Boris Consonun yenidən Baş nazir olmağa hazırlaşması haqqında söhbətlər dolaşır. Ehtimal olunur ki, Trassın gedişindən sonra hakimiyyətə Conson qayıdacaq. Çünki hazırda ən real namizəd məhz odur.

 

Britaniyaya indiyədək bir çox şəxslər rəhbərlik edib. Onlardan bəziləri heç bir il tamam olmamış vəzifədən ayrılmalı olublar. 

 

Qısa müddət baş nazir olmuş siyasətçilərin sırasında birinci yerdə Liz Trass dayanır. O 45 gün hakimiyyətdə qaldıqdan sonra istefa verib. 


İkinci yerdə 119 gün baş nazir olmuş Georgi Kanning qərarlaşıb. O, ölüm səbəbindən Baş nazir postu ilə vidalaşıb.

 

Frederik Robinson isə 144 gün vəzifədə qalıb. Sonrakı sırada Bonar Lav yer alır. O, isə 211 gün Baş nazir vəzifəsini icra edib. 

 

Viliam Cavendiş də hakimiyyəti qısamüddətli olanlar arasındadır. Belə ki, o, cəmi 225 gün hakimiyyətdə qalıb. 
Daha sonra Viliam Petty gəlir. 266 gün vəzifə sahibi olan Viliam Petty daha sonra Baş nazir postunu tərk etmək məcburiyyətində qalıb.

 

Qeyd edək ki, gələn həftə Briyaniyada yeni Baş nazir seçkilərinin tarixi məlum olacaq, həmin vaxta kimi Trass vəzifəsini icra edəcək. 

 

"Times" nəşrinin yaydığı məlumata görə, keçmiş baş nazir Boris Conson Liz Trassın istefasından sonra hökumət rəhbəri postuna öz namizədliyini irəli sürmək niyyətindədir. Bundan başqa, sabiq maliyyə naziri Rişi Sunak və Britaniya İcmalar Palatasının lideri Penni Mordaunt da namizədliyini irəli sürməyi planlaşdırır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı