Modern.az

GDU-nun tələbələri təlimdə iştirak ediblər

GDU-nun tələbələri təlimdə iştirak ediblər

Aktual

21 Oktyabr 2022, 09:12

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilmiş “Rəqəmsal vətəndaşlıq yolunda rəqəmsal yaradıcılıq” adlı təlimə Gəncə Dövlət Universitetinin bir qrup fəal gənci də qatılıb.

 

Modern.az xəbər verir ki, təlimdə rəqəmsal şəxsiyyət, rəqəmsal istifadə, rəqəmsal empatiya haqqında maarifləndirici söhbət aparılıb. Qeyd edilib ki, layihənin məqsədi tələbələrə rəqəmsal yaradıcılıq sahəsində ətraflı məlumat vermək və onları busahədə ruhlandırmaqdır.

 

Təlimdə Gəncə Dövlət Universitetinin tələbələri proqramlaşdırma və tətbiqetmə, zehni məhsulların visual şəkildə təqdim olunmasına dair ətraflı məlumat əldə ediblər.

 

Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı