Modern.az

Serbiya ilə bağlı saziş qəbul edildi

Serbiya ilə bağlı saziş qəbul edildi

Aktual

21 Oktyabr 2022, 12:00

Milli Məclisin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, layihədə bu sazişin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə, həmçinin pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi hallarına şamil olunmadığı əksini tapıb.

 

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" 2022-ci il aprelin 7-də saziş imzalanıb. Saziş qeyri-müəyyən müddətə bağlanıb.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır