Modern.az

XİN-dən sülh açıqlaması

XİN-dən sülh açıqlaması

Aktual

21 Oktyabr 2022, 12:41

Azərbaycan davam edən sülh prosesinə və danışıqlara sadiqdir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddiaları ilə bağlı vəsatəti rədd etməsi ilə bağlı yaydığı məlumatda bildirilib.

 

Qeyd edilib ki, həm Azərbaycan, həm də beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının xüsusi məruzəçisi və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi dəfələrlə Ermənistanın hərbi qulluqçuları tərəfindən hərbi cinayətlərin törədilməsinə işarə edən və sosial şəbəkələrdə geniş yayılmış video görüntüləri araşdırmağa və təqsirkar şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb: 

 

"Beynəlxalq ictimaiyyət bu əməllərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir. Azərbaycan davam edən sülh prosesinə və danışıqlara, habelə beynəlxalq hüquq çərçivəsində bütün insanların hüquqlarının qorunmasına sadiq qalır".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı