Modern.az

Dini bayramlar eyni gündə keçirilsin - TƏKLİF

Dini bayramlar eyni gündə keçirilsin - TƏKLİF

Aktual

21 Oktyabr 2022, 12:45

“Özbəkistan dini liderinin təklif etdiyi türkdilli ölkələrdə dini bayramların eyni gündə keçirilməsi dəstəklənməlidir”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib.

 

“Dini lider bildirib ki, Türk ölkələri dini bayramları bir gündə keçirsin. Bu, təbii ki, ölkələr arasında əlaqələri daha da güclənməsinə gətirib çıxaracaq. Türk ölkələrin liderlərinin Qarabağda bir yerə toplaşması da vacib mesajlardan biridir. Qurban, Ramazan Bayramı kimi xüsusi dini günlər türkdilli ölkələrin hamısında eyni gündə keçirilərsə, daha yaxşı olar”, - deyə deputat vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı