ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Liz Trassın istefasını şərh edib.
Modern.az xəbər verir ki, Bayden onu Rusiyaya qarşı mübarizədə Ukraynaya yardım edən "əla tərəfdaş" adlandırıb.
“Liz Trass Rusiya və Ukraynaya münasibətdə böyük tərəfdaş idi. Britaniyalılar öz problemlərini həll etməyə hazırlaşır”, - ABŞ lideri istefa qərarına münasibət bildirib.
“ABŞ və Böyük Britaniya güclü müttəfiqlər və əsl dostlardır – bu, heç vaxt dəyişməyəcək. Baş nazir Liz Trassa bir sıra məsələlərdə tərəfdaşlığına görə təşəkkür edirəm. Biz Böyük Britaniya hökuməti ilə sıx əməkdaşlığımızı davam etdirəcəyik və ölkələrimizin üzləşdiyi qlobal problemlərin həlli istiqamətində birgə çalışacağıq”, - Bayden sözlərinə əlavə edib.