Ötən gün Qarabağda qəzaya düşən Binəli Yıldırım tibbi yardım təyyarəsi ilə Türkiyəyə aparılacaq.
Modern.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər çəlik tviter hesabında yazıb.
“Keçmiş olsun arzularını çatdıran hər kəsə təşəkkür edirəm. AKP sədrinin müavini Binəli Yıldırımın, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçinin durumları yaxşıdır”, - paylaşımda deyilir.
Qeyd edək ki, ötən gün Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanı yolunda qəzaya düşüblər. Hadisədən sonra hər üç şəxs helikopterlə Bakıya gətirilib. Onlar profilaktika məqsədilə xəstəxanaya yerləşdiriliblər.