Modern.az

Ronaldo əsas komandadan qovuldu

Ronaldo əsas komandadan qovuldu

Aktual

21 Oktyabr 2022, 13:08

İngiltərənin “Mançester Yunayted” klubu məşhur hücumçu Kristiano Ronaldonu əsas heyətdən kənarlaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Portuqaliyalı futbolçu Premyer Liqanın 13-cü turunda “Çelsi” ilə keçiriləcək oyun üçün heyətə daxil edilməyib.

 

Məlumata görə, portuqaliyalı hücumçu intizamsız davranışlara yol verib. 

 

Qeyd edək ki, Ronaldo Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə keçirilən görüşün 89-cu dəqiqəsində stadionu tərk edib. Onun həmin oyunun gedişində meydana daxil olmaqdan imtina etməsi ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən məşqçilər korpusu ulduz futbolçunu cəzalandırmağa qərar veriblər.

Sizə yeni x var
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?