Modern.az

Çavuşoğlu Minsk qrupunu tənqid etdi

Çavuşoğlu Minsk qrupunu tənqid etdi

Aktual

21 Oktyabr 2022, 14:56

Qarabağ münaqişənin 30 il ərzində həll olunmamasının səbəbi məhz ATƏT-in Minsk qrupunun birtərəfli qaydada Ermənistanın tərəfində olmasıdır. 

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hakim Ədalət və İnkişaf Partiyasının Mersin şəhər təşkilatında keçirdiyi mətbuat konfransında bildirib.

 

"Məqsədiniz həqiqətən də sülhə təkan verməkdirsə, prosesə dəstək göstərin. Bunun üçün düzgün mövqe tutmaq lazımdır. Biz Azərbaycan və Ermənistan arasındakı xoşməramlı prosesi dəstəkləyirik. Azərbaycan çox səmimi şəkildə Ermənistana sülh anlaşması təklifi irəli sürüb. İndi onun üzərində çalışırlar və biz də bu işə Türkiyə olaraq dəstək veririk”,- deyə XİN başçısı vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı