Modern.az

Hindistanda helikopter qəzaya uğradı: Ölənlər var

Hindistanda helikopter qəzaya uğradı: Ölənlər var

Aktual

21 Oktyabr 2022, 17:24

Hindistanda bir həftə ərzində ikinci dəfə helikopter qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, bu gün Araunaçal Pradeş ştatında baş vermiş qəza nəticəsində 5 nəfər, o cümlədən, iki pilot həlak olub.

 

Hadisə yerinə cəlb olunan xilasedicilər həlak olanların meyitlərini tapıb.

 

Xatırladaq ki, oktyabrın 18-də Uttarakhand ştatında helikopter qəzasında 7 nəfər həlak olmuşdu. Bu ayın əvvəlində isə bir nəfər ölmüş, bir nəfər də xəsarət almışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı