Modern.az

Yoluxanların sayı açıqlandı - Ölən YOXDUR

Yoluxanların sayı açıqlandı - Ölən YOXDUR

Aktual

21 Oktyabr 2022, 19:14

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

 

 Azərbaycanda indiyədək ümumilikdə 822 852 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 544 nəfər müalicə olunaraq sağalıb, 9935 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.

 

Ölkədə son sutka ərzində 1962, hazırkı dövrədək isə 7 301 286 test aparılıb.

 

1180235

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı