Modern.az

Qadın güləşçimiz dünya ikincisi oldu

Qadın güləşçimiz dünya ikincisi oldu

Aktual

21 Oktyabr 2022, 22:17

Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində yarışan idmançı finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşıb.

 

Rəqibinə 0:10 hesabı ilə məğlub olan Mirzəzadə gümüş medalla kifayətlənməli olub.

 

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?