Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşları əməliyyat tədbirləri keçirib.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, oktyabrın 11-də Bakı şəhər sakini N.Yolçuyevin bank hesabından 836 manatını oğurlanması araşdırılıb.
Oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini Aqşin Qurbanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.