Modern.az

Külli miqdarda qaçaq siqaret aşkarlandı

Külli miqdarda qaçaq siqaret aşkarlandı

Aktual

22 Oktyabr 2022, 13:45

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycanın aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaret aşkar edilərək götürülüb.

 

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhərində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35 400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 57 560 ədəd, ümumilikdə 2 fakt üzrə 92 960 ədəd müxtəlif markalı siqaret aşkar edilib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı