Modern.az

Mina qurbanlarının sayı 261 nəfərə çatıb

Mina qurbanlarının sayı 261 nəfərə çatıb

Aktual

22 Oktyabr 2022, 15:21

Vətən Müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 261 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva tviter hesabında yazıb.

 

Qeyd edək ki, oktyabrın 21-də Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənov mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, ağır xəsarət alan Elsevər Həmidov bu gün dünyasını dəyişib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!