Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında finala yüksəlib.
Modern.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Vasili Diakonla qaşılaşıb.
Rəqibini minimal fərqlə (4:3) üstələyən Xadjimurad adını finala yazdırıb. Azərbaycan təmsilçisi həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşacaq.