Modern.az

Si Cinpin üçüncü dəfə baş katib seçildi

Si Cinpin üçüncü dəfə baş katib seçildi

Aktual

23 Oktyabr 2022, 09:20

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi Si Cinpini üçüncü müddətə Baş katib seçdiyini açıqlayıb.

 

Modern.az-ın xəbərinə görə, Mərkəzi Komitə, həmçinin partiyanın yeni Siyasi Bürosunu seçib.

 

Seçkilər nəticəsində büroya yeddi nəfər daxil edilib. Səsvermə Çin Kommunist Partiyasının XX Mərkəzi Komitəsinin birinci plenumunda baş tutub.

 

Qeyd edək ki, Si Cinpin, Li Syan, Çjao Leszi, Van Xunin, Li Si, Çay Çi və Din Syusyan Siyasi Büronun Daimi Komitəsinin üzvləri olublar. Si Cinpin Çin kommunist inqilabının lideri Mao Cedondan sonra 3-cü dəfə partiyanın rəhbəri seçilən ilk şəxsdir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı