Modern.az

Dədə Süleyman vəfat etdi

Dədə Süleyman vəfat etdi

Aktual

23 Oktyabr 2022, 11:06

Əməkdar artist, tanınmış xanəndə Süleyman Abdullayev vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun qızı Aygün Abdullayeva bildirib.

 

Süleyman Abdullayev uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi. Bir neçə gün öncə səhhəti pisləşən xanəndə xəstəxanaya yerləşdirilmişdi.

 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə özünəməxsus ifaçılıq üslubu ilə tanınıb.

 

Xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılıb.

 

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı