Modern.az

Hərbi anbardakı partlayış minlərlə binaya ziyan vurdu

Hərbi anbardakı partlayış minlərlə binaya ziyan vurdu

Aktual

23 Oktyabr 2022, 12:14

Oktyabrın 22-də Özbəkistan Müdafiə Nazirliyinin Sırdərya vilayətindəki anbarında partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.

 

Modern.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

 

"Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məntəqələri tamamilə bloklanıb və əhatəyə alınıb. Hesablamalara görə, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapılarının qismən zədələndiyi müəyyən edilib", - rəsmi məlumatda deyilir.

 

Hazırda qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub və bərpa işləri davam edir. Partlayışın vurduğu ziyanı qiymətləndirmək üçün xüsusi işçi qrupu yaradılıb.

 

Özbəkistan Səhiyyə Nazirliyinin son məlumatına əsasən, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı