Modern.az

Azərbaycan və Serbiya birlikdə yarış keçirə bilər

Azərbaycan və Serbiya birlikdə yarış keçirə bilər

Aktual

23 Oktyabr 2022, 13:43

"Bu yarışda olduğumuz üçün çox şadıq".

 

Modern.az xəbər verir ki, bu sözləri Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç "Mingəçevir Reqatası" barədə jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Suqovuşan və Mingəçevirdə keçirilən yarışda iştiraklarının əsas səbəbi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə münasibətlərin yaxşı səviyyədə olmasıdır:

 

"Etiraf edim ki, burada bütün infrasturukturların mütəşəkkil şəkildə təşkil edilməsi heyrətamizdir. İdmançıların öz potensialını yüksək səviyyədə nümayiş etdirməsi üçün bütün şərait yaradılıb".

 

AKAF ilə müəyyən danışıqlar apardıqlarını vurğulayan Kovaçeviç gələcəkdə iki federasiyanın birlikdə böyük miqyaslı yarış həyata keçirə biləciyini istisna etməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı