Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin yeni hökumətinin tərkibini açıqlayıb.
Modern.az xəbər verir ki, Baş nazir postuna Ana Brnabiç, baş nazirin müavini və xarici işlər naziri İvitsa Daçiç, müdafiə naziri Miloş Vuçeviç, maliyyə naziri Sinişa Mali təyin edilib.
Yeni kabinetin fəaliyyətə başlaması üçün onun parlamentin deputatları tərəfindən dəstəklənməsi lazımdır.