Modern.az

İŞİD-in liderləri ələ keçirildi

İŞİD-in liderləri ələ keçirildi

Aktual

23 Oktyabr 2022, 15:25

Suriyanın şimalındakı Əl-Bab bölgəsində İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı 4-ü təşkilatın lideri olmaqla 9 terrorçu ələ keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

 

Əməliyyat Türkiyənin Qaziantep vilayətinin jandarm qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

 

Kəşfiyyat terrorçuların yaxın gələcəkdə Əl-Bab və Türkiyəyə hücumlar hazırladığını öyrənə bilib. Terrorçular yerli məhkəmənin qərarı ilə həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!