Bu ilin sentyabrın 13-dən indiyədək Ukrayna hərbçiləri İrana məxsus 273 “Şahed-136” kamikadze pilotsuz uçuş aparatını məhv edib.
Modern.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı İran PUA-larının iki növündən istifadə edir.
Eyni zamanda, qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri daha 4 "Mohajer-6" hücum pilotsuz təyyarəsini vurub.