Modern.az

Əhməd Cavadın 130 illiyi qeyd edildi

Əhməd Cavadın 130 illiyi qeyd edildi

Aktual

24 Oktyabr 2022, 09:08

Gəncə Dövlət Universitetində böyük Azərbaycan şairi Əhməd Cavadın həyat və yaradıcılığına həsr edilən  “Əhməd Cavad və Türk Dünyası ” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Ədəbi-bədii tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq qeyd edib ki, tədbir böyük Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təşkil edilib.

 

Ədəbi-bədii tədbirdə Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı, professor, ədəbiyyatşünas alim Bədirxan Əhmədov, Gəncə Dövlət Universitetinin dosenti Bayram Apoyev, universitetin dosenti Səba Namazova və AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış edərək diqqətə çatdırıblar ki, Əhməd Cavad türk dünyasının istiqlal şairi kimi böyük şöhrət qazanmışdır. Onun “Çırpınırdı Qara dəniz” şeiri tük dünyasının azadlıq himnin əks-sədasıdır.

 

Çıxışlarda o da vurğulanıb ki, Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti bütün nəsillər üçün hər zaman örnək olub.

 

Tədbirdə qeyd edilib ki, Əhməd Cavadın həyat və yaradıcılığının ən parlaq dövrü Azərbaycan Xalq Cümhuriyyətinin yaranması illərinə təsadüf etmiş və şair 1930-cu illərin ağır repressiya qurbanına çevrilib.

 

Sonda Gəncə Dövlət Universitetinin tərəfindən şeirlər səsləndiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı