Modern.az

Göygöldə silah-sursat tapıldı

Göygöldə silah-sursat tapıldı

Aktual

24 Oktyabr 2022, 11:30

Göygöl rayonunda silah-sursat tapılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıməlik qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub.

 

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər.

 

Araşdırmalar zamanı oradan 1 ədəd “AKM” markalı avtomat və onun hissələri, 4 ədəd həmin avtomata aid daraq və 100 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı