Modern.az

“İranı azad edin!” - Daha bir ölkədə etiraz aksiyası

“İranı azad edin!” - Daha bir ölkədə etiraz aksiyası

Aktual

24 Oktyabr 2022, 12:14

22 yaşlı Məsihə Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və xəstəxanada vəfat etməsindən sonra İranda başlayan etirazlara dəstək olaraq bu ölkənin Buxarestdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, Buxarestin Viktoriya meydanından başlayan etiraz aksiyası İran səfirliyinə doğru yürüşlə davam edib.

 

Aksiya iştirakçıları səfirliyin önündə ingilis və fars dillərində “Biz beynəlxalq terrorizmi pisləyirik!”, “İranı azad edin!” mesajlarını səsləndiriblər.

 

Qeyd edək ki, digər Avropa ölkələrində olduğu kimi, Rumıniyada da iranlıların etiraz aksiyaları davam edir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı