Modern.az

Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Aktual

24 Oktyabr 2022, 14:29

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gündüzdən 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, Azərbaycanın rayonlarında oktyabrın 25-i gündüzdən 27-si gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı