Modern.az

Dünya çempionatından 3 medalla dönürlər

Dünya çempionatından 3 medalla dönürlər

Aktual

30 Oktyabr 2022, 09:16

Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatında karateçilərimiz uğurla çıxış edərək 1 qızıl, 2 bürünc medal qazanıblar.

 

Modern.az xəbər verir ki, gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medal əldə ediblər.

 

Oktyabrın 30-da 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) qızıl, Nuran Rzazadə (67 kiloqram), Hüseyn Hüseynzadə (84 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) üçüncü yerlər uğrunda qarşılaşmalarda iştirak edəcəklər.

 

Qeyd edək ki,105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!