Almaniya kansleri Olaf Şolts gələn həftə, noyabrın 4-də Çinə rəsmi səfərə yollanacaq.
Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bundan əvvəl Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan Almaniya kanslerini ölkəsinə dəvət etmişdi.
Qeyd edək ki, bu, Şoltsun kansler vəzifəsinə seçildikdən sonra Çin rəhbərliyi ilə ilk üz-üzə görüşü olacaq. Səfərin gündəliyi hələlik məlum deyil.