Modern.az

Gürcüstan Türkiyəni belə təbrik etdi

Gürcüstan Türkiyəni belə təbrik etdi

Aktual

30 Oktyabr 2022, 12:30

Gürcüstanın paytaxtında yerləşən Tbilisi teleqülləsi Türkiyənin müstəqilliyinin 99-cu ildönümü münasibətilə bu ölkənin dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Modern.az xəbər verir ki, Tbilisidə Mtatsminda təpəsində yerləşən və hündürlüyü 275 metr olan Tbilisi teleqülləsi 29 oktyabr Türkiyənin müstəqilliyinin 99-cu ildönümü münasibətilə Gürcüstan hökuməti və Tbilisi Meriyası tərəfindən Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb. 

 

Qüllənin Türkiyə bayrağının rəngləri ilə işıqlandırılması paytaxt sakinləri və Tbilisi qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

 

Eyni zamanda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Cümhuriyyətinin müstəqilliyinin 99-cu ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanı “Twitter” hesabı vasitəsilə təbrik edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı