Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı zamanı yaranmış sıxlıq nəticəsində 4 Rusiya vətəndaşı həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.
Səfirlik ölənlər arasında rusiyalıların sayının artacağını istisna etmir. Həlak olmuş Rusiya vətəndaşlarının üçünün 20-30 yaş arasında qadınlar olduğu bildirilib.
Xatırladaq ki, faciə Seulda Hellouin bayramı zamanı küçədə sıxlıq yaranması üzündən baş verib. Son məlumata görə, hadisə zamanı 153 nəfərin öldüyü, 103 nəfərin xəsarət aldığı açıqlanıb.