Türkiyə Rusiya tərəfi ilə bütün səviyyələrdə taxıl sazişi ətrafında vəziyyətlə bağlı “telefon diplomatiyası” aparır.
Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi İstanbuldakı mənbəyə istinadən məlumat yayıb.
"Hazırda bütün səviyyələrdə danışıqlar aparılır", - mənbə vurğulayıb. Lakin Türkiyə hələlik taxıl müqaviləsi ilə bağlı hər hansı açıqlama yaymayıb.
Qeyd edək ki, Rusiya taxıl müqaviləsindən imtina edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda “Taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır.
Rusiya tərəfi iddia edir ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib. Ukrayna isə deyilənlərin tamamilə yalan olduğunu açıqlayıb.